Azərbaycan XİN Avstriyaya cavab verib
“Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ayxan Hacızadə tviterdə yazıb. O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur!”.
Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.
KARUSEL / SİYASƏT
Tarix: 18-01-2023, 14:50