MKİ direktoru Kiyevdə Zelenski ilə görüşüb- “Washington Post” detalları açıqladı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Bu barədə “Washington Post” məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, görüş ötən həftənin sonunda baş tutub.
ABŞ kəşfiyyatının rəhbəri Ukraynanın siyasi və hərbi rəhbərliyinə Rusiyanın yaxın həftələrdə planlaşdırdığı hərbi əməliyyatlarla bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin əldə etdiyi məlumatları təqdim edib.
“Börns Kiyevə səfər edib, orada Ukraynanın kəşfiyyat rəsmiləri və prezident Zelenski ilə görüşüb. Börns Rusiyanın təcavüzünü dəf etməkdə ABŞ-ın Ukraynaya davamlı dəstək verəcəyinə əmin edib”, – qəzet adı açıqlanmayan ABŞ rəsmisindən sitat gətirib.(Azpost.info)
KARUSEL / DÜNYA

Tarix: 20-01-2023, 13:38