“Biz oxuyanda heç kim yox idi” - Aynur Dadaşova - VİDEO
ARB TV-nin “Üçəlli” verilişinin növbəti qonağı müğənni Aynur Dadaşova olub.
Müğənni, Müdafiə Nazirliyinin Həzi Aslanov adına “Ordu İdeoloji və Mədəniyyət Mərkəzi”nin musiqi rəhbəri vəzifəsində çalışdığından danışıb:
“Biz oxuyanda sənətdə, səhnədə heç kim yox idi. Gənc müğənni yox idi. Nurlan Əzizbəyli, İzzət sonra Aynur. O zamandan bizim günümüz cəbhə bölgələrində keçib.
12 yaşımızdan cəbhə bölgələrində əsgərlərlə görüşürdük. Mən özüm rahat oluram, çünki o konsertlərdə əsgərlərin ürəyi açılır, sevinirlər. İnanın ki, mən onlardan çox sevinirəm”.
KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 24-10-2019, 16:30