mobil versiya

Gələn il Hadrut və Tuğa köç başlayacaq



Talış kəndindən sonra bu il Ağdam rayonundakı üç kənddə, eyni zamanda, Hadrut qəsəbəsi və Tuğ kəndində də işlərə başlanılacaq və hesab edirəm ki, gələn il o ərazilərə də köç baş tutacaq.
Trend Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
"Bu ilin sonuna Füzuli şəhərinin ilk yaşayış məhəlləsi yekunlaşmalıdır. Orada işlər sürətlə davam edir. Paralel olaraq, Füzuli rayonunun Pirəhmədli, Dədəli və Dövlətyarlı kəndlərinin bərpa prosesinə bu il start veriləcək. Eyni zamanda, bu il ərzində Ağdam rayonunda birinci və ikinci yaşayış məhəllələri, o cümlədən, Xıdırlı, Sarcalı və Kəngərli kəndlərində bərpa və quruculuq işlərinə başlanılacaq. Bu layihələr qrafikə uyğun olaraq vaxtı-vaxtında təhvil veriləcək”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Tərtər rayonunun Talış kəndinə 90 nəfərdən ibarət 20 ailə köçürülüb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 16-03-2023, 18:53