Ararat Mirzoyan: “Ermənistan və Azərbaycan bir sıra məsələlərdə məqbul həll yolunu tapıblar”
“Azərbaycanla sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir. Ermənistan və Azərbaycan birbaşa olaraq məsələləri müzakirə edirlər”.
“Report” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında deyib.
O bildirib ki, sənəd Bakı ilə İrəvan arasında imzalanacaq.
Nazirin sözlərinə görə, tərəflər bir sıra məsələlərdə ideal olmasa da, məqbul həll yolunu tapıblar.
KARUSEL / SİYASƏT
Tarix: 24-03-2023, 17:33