mobil versiya

Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb



Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.
O qeyd edib ki, martın 19-26-da avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb.
"Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 4-ü piyadavurma, 3-ü maneəvurma və 3-ü isə aşmadır", - DYP rəsmisi vurğulayıb.

KARUSEL / HADİSƏ
Tarix: 27-03-2023, 09:29