mobil versiya

Baydenin həyat yoldaşı III Çarlzın tacqoyma mərasimində ABŞ-ı təmsil edəcək



May ayında Londonda Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində ABŞ-ı ölkənin birinci xanımı Cil Bayden təmsil edəcək.
Bu barədə çərşənbə axşamı ABŞ prezidenti Co Bayden monarxa telefon danışığı zamanı bildirib.
"Prezident kralı qarşıdan gələn tacqoyma mərasimi münasibətilə təbrik edib və ABŞ-ın birinci xanımı Cil Baydenin mərasimdə iştirakını səbirsizliklə gözlədiyini bildirib. Prezident həmçinin gələcəkdə kralla Böyük Britaniyada görüşmək arzusunda olduğunu açıqlayıb”, -deyə Ağ Evin bəyanatında deyilir.
Daha əvvəl “The Daily Telegraph” qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, mərasimə Ağ Ev rəhbərinin əvəzinə onun həyat yoldaşı gələ bilər. Nəşrin yazdığına görə, xaricə səfərlər 80 yaşlı Amerika prezidenti üçün çox yorucudur, bununla əlaqədar Vaşinqton administrasiyası onların sayını minimuma endirməyə çalışır, cədvələ yalnız ən zəruri xarici səfərləri salır.
KARUSEL / DÜNYA
Tarix: 5-04-2023, 09:11