mobil versiya

Orxan Məmmədov: Məqsədimiz beynəlxalq turnirdə çempion olmaqdır



Bildiyiniz kimi, bu il “Heydər Əliyev İli” elan olunub. Bu münasibətlə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Biz də Minifutbol Federasiyası olaraq özümüzə borc bildik ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnir təşkil edək.
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib.
“Mayın 1-dən 6-dək keçiriləcək beynəlxalq turnirdə bizim komanda da iştirak edəcək. Komandalar içində güclü rəqiblər, dəfələrlə çempion olan komandalar da var. Məqsədimiz çempion olmaqdır. Bundan başqa, komandamıza cəlb olunan yeni üzvlərə də şans vermək və 2024-cü ildə keçiriləcək dünya çempionatına hazırlaşmaqdır. İnanırıq ki, bu turnir ilk növbədə, dostluq turniridir və dostluq mühitində keçəcək və yaddaşlarda qalacaq”, - deyə O.Məmmədov qeyd edib.

KARUSEL / İDMAN
Tarix: 7-04-2023, 17:25