mobil versiya

BDU-nun Jurnalistika fakültəsi “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda silsilə tədbirlər keçirir



Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda silsilə tədbirlər keçirilir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Layihə çərçivəsində ilk tədbir Azərbaycan Mətbuat Şurasında olub. Jurnalistika fakültəsinin professor və müəllimlərinin, tələbələrin iştirak etdikləri tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, BDU-nun İctimai Nəzarət Şurasının üzvü Rəşad Məcid Ulu Öndər Heydər Əliyevin Azərbaycan jurnalistikasının inkişafında, söz və mətbuat azadlığının qorunmasında tarixi xidmətlərini diqqətə çatdırıb. O qeyd edib ki, Ümummilli Liderin imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Məhz bu Fərmanla mətbuatda və digər KİV-lərdə Dövlət Sirlərini Mühafizə edən Bas İdarə ləğv edildi. Bu, mətbuat sahəsində tarixi hadisə idi. Ulu Öndər mətbuata və mətbuat işçilərinə hər zaman öz diqqətini göstərib, “Jurnalistlərin dostu” adına layiq görülüb.
Sədr, həmçinin 2003-cü ildə jurnalistlərin I qurultayında Mətbuat Şurasının yaradılmasından danışıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 25-04-2023, 18:43