mobil versiya

Azərbaycan ilk dəfə “Kosmik Nəsil Konqresinə” ev sahibliyi edəcək



Bu ilin sentyabrında Bakıda ilk dəfə olaraq “Kosmik Nəsil Konqresi” mövzusunda forum keçiriləcək.
Bu sözləri “Azərkosmos” ASC-nin nümayəndəsi Nadir Atayev Bakıda keçirilən Kosmik Nəsil Məşvərət Şurasının “Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, bu forum 74-cü Beynəlxalq Astronavtika Konqresi ərəfəsində keçiriləcək: “Tədbirdə 50-dən çox ölkədən 150-dən çox nümayəndənin iştirakı gözlənilir. Forum çərçivəsində kosmik sənayenin əsas məsələləri üzrə səkkiz işçi qrupu fəaliyyət göstərəcək. Bundan əlavə, SGAC-dan 75 təqaüd proqramı və mükafatlar nəzərdə tutulur”.
Xatırladaq ki, “Space Generation (SG) Azerbaijan 2023” tədbirinin əsas məqsədi gənclərə kosmik sektorda təhsil almaq, peşə seçmək, kosmik sektorun imkanları barədə danışmaq imkanı yaratmaqdır.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-04-2023, 12:41