mobil versiya

Çin uyğurların Fitr bayramında məscidlərdə namaz qılmasını qadağan edib



 
Çin hakimiyyəti Sincan Uyğur Muxtar Bölgəsinin bir çox yerlərində Ramazan bayramı zamanı əksər uyğurlara məscidlərdə və hətta evlərində namaz qılmağı qadağan edib. 
Azad Asiya Radiosu (RFA) xəbər verir ki, bu il aprelin 20-21-nə təsadüf edən Qurban bayramı zamanı 60 və daha yuxarı yaşlı insanların polisin ciddi nəzarəti altında yerli məsciddə namaz qılmasına icazə verilib.
Çin 2017-ci ildən bəri əsasən müsəlman uyğurlar arasında etnik adət və dini ritualları məhdudlaşdırıb və ya qadağan edib.
Mənbələrin bildirdiyinə görə, Sincan hakimiyyəti bayram günlərində şəhərin küçələrində keşik çəkib və insanların evlərində gizli namaz qılmasının qarşısını almaq üçün evlərdə axtarış aparıb.


KARUSEL / DÜNYA
Tarix: 1-05-2023, 13:16