Bali adasında xarici turistlər üçün kvota tətbiq edilə bilər
İndoneziyanın Bali adasına səfər etmək istəyən xarici turistlər üçün kvota sistemi tətbiq edilə bilər.
Bunu adanın qubernatoru Vayan Koster deyib.
“Biz bundan sonra kütləvi turizmi dəstəkləməyəcəyik və kvota sistemi tətbiq edəcəyik”, - deyə qubernator bildirib. Onun sözlərinə görə, mümkün kvota sistemlərindən biri xarici ölkə vətəndaşlarının adaya gəlişindən bir il öncə qeydiyyatdan keçmələrini və növbə gözləmələrini tələb edir.
Vayan Koster deyib ki, kvota ideyası xarici turistlərin xoşagəlməz davranışlarından qaynaqlanır: “Bəzi turistlər, əsasən də ruslar özlərini layiqli aparmır və xuliqanlıqla məşğul olurlar”.
Bir müddət öncə “The Jakarta Post” qəzeti Bali qubernatorunun Rusiya və Ukrayna vətəndaşlarına sadələşdirilmiş vizaların verilməməsi üçün İndoneziyanın müvafiq nazirliklərinə müraciət etdiyini yazmışdı. Vayan Koster onların adada pul qazanmaq üçün turist statusundan sui-istifadə istifadə etdiklərini əsas gətirmişdi.
KARUSEL / DÜNYA
Tarix: 5-05-2023, 12:31