mobil versiya

“Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu” adlı beynəlxalq konfrans keçirilir



Bakıda “Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu” adlı beynəlxalq konfrans keçirilir.
Konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfrans hər il mayın 25-də qeyd olunana Afrika gününə həsr olunub. Konfransın məqsədi Afrika və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan siyasətçi və ekspertləri bir araya gətirərək Afrikanın güclənməsi və qlobal geosiyasi şəraitdə multilateralizmin təbliğinə dair strategiyaları müzakirə etməkdir.
Tədbirdə Qoşulmama Hərəkatına üzv və digər ölkələrdən beyin mərkəzlərinin və xarici siyasət idarələrinin nümayəndələri, diplomatik korpus təmsilçiləri və Azərbaycan hökumətinin nümayəndələr və yerli ekspertlər iştirak edirlər.






KARUSEL / SİYASƏT
Tarix: 17-05-2023, 10:16