mobil versiya

Prezident İlham Əliyev İsveçin milli bayramı münasibətilə Kral XVI Karl Qustavı təbrik edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveç Kralı XVI Karl Qustavı ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
Dövlətimizin başçısı İsveç Krallığının milli bayramı münasibətilə Krala və onun simasında İsveç xalqına təbriklərini və xoş arzularını yetirib.
“Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram”, - deyə Azərbaycan Prezidentinin təbrik məktubunda qeyd olunub.

KARUSEL / SİYASƏT
Tarix: 6-06-2023, 11:29