Su sərfiyyatı ilə bağlı abonentlərə müraciət olunub

Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-dən bildirilib ki, ASC-nin əməkdaşları mənzilin və həyət evlərinin daxilindəki sayğaca baxış keçirib oxuma etmək istədikdə qapı bağlı olduğundan sayğacın real sərfiyyatına uyğun deyil, son 12 ayın orta sərfiyyatına uyğun bildiriş çap olunur. Sonradan evinə dönən abonentlər artıq borcun yaranmasından narahat olur, bununla bağlı “Azərsu” ASC-yə, Cəmiyyətin yerli bölmələrinə çoxsaylı şikayət və müraciətlər edilir. Sonradan bu qeyri-dəqiqlik necə həll olunur, sayğacın real sərfiyyatına uyğun dürüstləşmə aparılır. Bu və digər suallara ətraflı buradan https://www.youtube.com/watch?v=vhvJ-qOX44w cavab almaq olar.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-07-2023, 12:01