Azərsu ilin sonuna qədər 100 minə yaxın sayğacın quraşdırılması nəzərdə tutur
Bu gün 40 min bağ evi kanalizasiya xətti varsa 5 manat, yoxdursa 3,50 manat ödəyir.
Bunu "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər 100 minə yaxın sayğacın quraşdırılması nəzərdə tutulur.
"Bakının Türkan və Zirə qəsəbələrində sayğaclara baxışla bağlı vəziyyət daha çətindir. Çünki sayğaclar içəridədir".
Qeyd edək ki, "Azərsu" ASC-də brifinq keçirilir. Brifinqdə bildirilib ki, sudan israfçılığın qarşısını almaq üçün hazırlanan tədbirlər planına uyğun olaraq hər bir rayon üzrə yaradılan xüsusi qruplar mayın 1-dən fəaliyyətə başlayıb.
KARUSEL / ÖLKƏ
Tarix: 26-05-2023, 16:29