mobil versiya

Gürcüstanın DTX terrorçuları ələ keçirib



Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terror fəaliyyətində şübhəli bilinən iki ölkə vətəndaşını ələ keçirib.
Bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzi məlumat yayıb.
Məlumata görə, saxlanılanlar İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinir.
"Xüsusi əməliyyatlar Gürcüstanın iki rayonunda eyni vaxtda həyata keçirilib. Araşdırma zamanı şübhəlilərin üzərində terror təşkilatının rəmzləri olan bayraqlar və müxtəlif növ elektron daşıyıcılar ələ keçirilib. Onların yaşayış yerlərindən döyüş sursatı, partlayıcı qurğular və partlayıcı maddələr götürülüb”, - məlumatda qeyd edilib.

KARUSEL / DÜNYA
Tarix: 26-07-2023, 17:42