mobil versiya

Ciddədə Ukrayna üzrə sülh danışıqlarına 30 yaxın ölkə dəvət olunub


“Avqustda Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna üzrə sülh danışıqları aparılacaq”.
Bunu Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak bildirib.
O, Rusiyanın bu danışıqlarda iştirak etməyəcəyini bildirib.
Yermak qarşıdan gələn danışıqları ötən ay Danimarkada baş tutan məsləhətləşmələrlə əlaqələndirib.
Ciddə görüşünə hazırlıq barədə “The Wall Street Journal” da yazıb.
Avqustun 5-6-da keçiriləcək görüşə 30-a yaxın ölkədən, o cümlədən Asiya, Afrika və Latın Amerikasının neytral ölkələrindən, İndoneziya, Braziliya və Çindən nümayəndələr dəvət olunub.


KARUSEL / DÜNYA
Tarix: 31-07-2023, 13:10