mobil versiya

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunda dəyişiklik ediləcək



Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Prezident İlham Əliyevin fərmanı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda əksini tapıb
Fərmana əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 37) 17-ci maddəsinin “Qeyd” hissəsinə “İnvestisiya fondları haqqında” sözlərindən sonra “, “Valyuta tənzimi haqqında” sözləri əlavə edilsin.


KARUSEL / CƏMİYYƏT
Tarix: 2-08-2023, 13:56