mobil versiya

Hesablama Palatası və Pakistanın Baş Auditor Ofisi arasında Anlaşma Memorandumu imzalanıb



Avqustun 3-də Şuşa şəhərində Azərbaycan Respublikası Hesablama Palatası və Pakistan İslam Respublikası Baş Auditor Ofisi arasındakı Anlaşma Memorandumunun yenilənərək imzalanması mərasimi keçirilib.
Palatadan bildirilib ki, sənədi Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Pakistan İslam Respublikasının Baş Auditoru Muhammad Acmal Qondal imzalayıblar.
Sənəd özündə mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, eyni zamanda kənar dövlət maliyyə nəzarəti sahəsində potensialın artırılması istiqamətində birgə fəaliyyətlərin daha məhsuldar təşkilini ehtiva edir.
İmzalanma mərasimindən sonra Pakistan Baş Auditor Ofisinin nümayəndəsi Hesablama Palatasının maliyyə hesabatlarının auditinin nəticələri barədə təqdimatla çıxış edib.
Daha sonra isə Hesablama Palatasının sədri ilə Pakistan İslam Respublikası Baş Auditoru arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri, eləcə də potensialın gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-08-2023, 16:21