mobil versiya

Qarabağda antiterror əməliyyatlarında həlak olan 5 hərbçinin kimliyi müəyyənləşib - SİYAHI



Qarabağda antiterror əməliyyatlarında şəhid olanların siyahısı yenilənib.
Müdafiə Nazirliyinin siyahısında həlak olan daha 5 hərbçinin kimliyinin müəyyən edildiyi məlum olub.
Siyahı ilə linkdə tanış ola bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub. Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. 11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi açıqlanmışdı. Bundan əvvəl onlardan altı nəfərin kimliyi müəyyənləşdirilmişdi.

KARUSEL / GÜNDƏM
Tarix: 3-10-2023, 10:23