mobil versiya

Azərbaycanda ən çox yanğın təhlükəsi olan ərazilər açıqlanıb




Bu ilin isti dövründə ən çox yanğın təhlükəsi olan ərazilər əsasən Naxçıvan MR-da və Qazax-Gəncə bölgəsində qeydə alınıb.
Milli Hidrometeorologiya Xidməti meşə zolaqlarının yanğın təhlükəsindən qorunması, yanğın təhlükəsi olan ərazilərdə əhalinin daha diqqətli davranması məqsədilə may-sentyabr aylarında meteoroloji müşahidə məlumatlarına əsasən riyazi üsullarla yanğın indeksini hesablayıb.
Belə ki, Balakən-Şəki, Quba-Xaçmaz, Dağlıq Şirvan, Lənkəran-Astara bölgələrinin bəzi rayonlarında yanğın indeksi çox yüksək həddə çatıb.
Lakin bəzi günlərdə hava şəraitinin qeyri-sabit, yağmurlu keçməsi ilə əlaqədar yanğın indeksi sıfırlanıb. Bu da yanğın təhlükəsi riskini azaldıb.(report)

KARUSEL / ÖLKƏ
Tarix: 3-10-2023, 16:07