mobil versiya

"Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə başlamaq niyyəti yoxdur" - Elçin Əmirbəyov



"Azərbaycanın yeni müharibəyə başlamaq niyyəti yoxdur".

 Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radio France”a müsahibəsində deyib. 
"Təbii ki, Ermənistan bizə hücum etsə, biz sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağında olsun. Hesab edirəm ki, bizə, sadəcə olaraq, danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq, sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışmaq lazımdır. Biz buna diqqət yetirməliyik. Azərbaycanla danışıqlara hazır olduğunu bildirən, eyni zamanda, bütün cəbhələrdə diplomatik müharibə aparan Ermənistan kimi ikili oyun oynamaq lazım deyil" deyə Elçin Əmirbəyov deyib.
KARUSEL / SİYASƏT
Tarix: 12-10-2023, 18:08