"Pakistanın təhlükəsizlik qüvvələri terror təhlükəsini ölkədən silmək əzmindədir" - Pakistan ordusu
Xeyber-Paxtunxvanın Şimali və Cənubi Vəziristan bölgələrində baş verən iki ayrı silahlı atışmada Pakistan ordusunun iki əsgəri şəhid olub və bir o qədər də terrorçu öldürülüb.
Pakistan ordusunun media qanadı olan Xidmətlərarası İctimai Əlaqələr (ISPR) tərəfindən verilən açıqlamaya görə, Cənubi Vəziristanın ümumi Əsman Munza bölgəsində qoşunlar terrorçuların yerləşdiyi yerə effektiv şəkildə müdaxilə ediblər və nəticədə bir terrorçu öldürülüb, biri isə yaralanıb.
Şimali Vəziristanın Miran Şahının ümumi ərazisində daha bir intensiv atışmada bir terrorçu öldürülüb.
ISPR daha sonra ərazidə aşkar edilmiş hər hansı terrorçunu məhv etmək üçün təmizləmə işləri aparıldığını bildirib: "Pakistanın təhlükəsizlik qüvvələri terror təhlükəsini ölkədən silmək əzmindədir və igid əsgərlərimizin bu cür fədakarlığı bizim qətiyyətimizi daha da gücləndirir”.
Qeyri-qanunu fəaliyyət göstərən Təhrik-e-Taliban Pakistan (TTP) noyabr ayında hökumətlə atəşkəsə son qoyduqdan sonra Pakistan, xüsusilə Xeyber-Paxtunxva və Bəlucistanda terror fəaliyyətlərində artım müşahidə edib.
KARUSEL / DÜNYA
Tarix: 17-10-2023, 12:34