mobil versiya

Türkiyə polisi 1,1 ton narkotik ələ keçirib


Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazirin sözlərinə görə, Türkiyənin 44 vilayətində “Narkogüc” adı altında aparılan əməliyyat nəticəsində 1,1 ton narkotik maddə, çox sayda silah-sursat və xeyli miqdarda pul ələ keçirilib. Ümumilikdə 985 polis əməkdaşının iştirak etdiyi əməliyyatın gedişində 175 nəfər saxlanılıb.


KARUSEL / DÜNYA
Tarix: 3-11-2023, 14:19