mobil versiya

DYP yük avtomobillərinin sürücülərinə xəbərdarlıq edib



Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədər yük avtomobillərinin sürücülərinə müraciət edib.
İdarə yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına istisnasız riayət olunmasını xahiş edir.
“Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri xüsusilə diqqətli olmalı, küləkli hava şəraitində böyük ölçülü nəqliyyat vasitələri ilə hərəkətin daha da çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər”, - deyə müraciətdə bildirilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 10-11-2023, 11:19