mobil versiya

Beynəlxalq Muğam mərkəzində “Cadenza” orkestrinin konserti olacaq



Noyabrın 30-da Beynəlxalq Muğam mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) növbəti konsert proqramı təqdim ediləcək.
“Yaddaş#3: Terra Memoria” adlı konsertdə yaradıcılığı əsasən XX əsrin sonları XXI əsrin əvvəllərinə təsadüf edən Gerard Grisey, Brian Ferneyhough, Klaus Huber və Kaija Saariahonun əsəri ifa olunacaq.
Bu dəfə orkestra rusiyalı Meri Çeminava dirijorluq edəcək.
M.M.Çeminava Sankt-Peterburqda doğulub və musiqi təhsilini burada alıb. Bir çox nüfuzlu festivalların iştirakçısı olan dirijor Moskva Dövlət Konservatoriyasında (İ.A.Dronovun sinfində) “Opera və simfonik orkestrin bədii rəhbəri” ixtisası üzrə təhsil alıb. 2021-ci ildə Moskva Dövlət Simfonik Orkestrində dirijor köməkçisi kimi çalışmağa başlayıb.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 27-11-2023, 10:50