mobil versiya

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” keçirilib



Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tamaşaçılara daha yaxından tanıtmaq və gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək məqsədilə ölkənin aparıcı ali təhsil müəssəslərində film nümayişləri təşkil edilib.

Tədbirlər çərçivəsində “Qisas almadan ölmə”, “Olimpia”, “Biz”, “Canavar ovu”, “Qafqaza qayıdış” kimi bədii və sənədli filmlər ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində müəllim və tələbələrin iştirakı ilə nümayiş etdirilib.
Eyni zamanda filmlərin yaradıcı heyətləri, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin əməkdaşlarının da iştirak etdiyi nümayişlərdə təqdim olunan filmlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-12-2023, 15:31