"Bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalıdır" - İB erkən nigahlarla bağlı məlumat yaydı
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycanın mərkəzi (Sabirabad, Saatlı,İmişli) rayonlarında Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə “Ucqar Ərazilərdə Erkən Nigahların Baş verməsinin Qarşısının Alınması Üçün Əlverişli Mühüt Yardılmasına Dəstəyin Artırılması” layihəsinin icrasına start verib.
Bu barədə “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi məlumat yayıb. Bildirilir ki, AR Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər. Təəsüflər olsun ki, həyata keçirilən qabaqlayıcı tədbirlərə baxmayaraq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələki mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki, Azərbaycanda yaşayan soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, İcma nümayyəndələri ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər.
Planlaşdırılan layihə çərçivəsində ucqar icmalarda maarifləndirmə tədbirləri həyata keçiriləcək, statistik məlumatların mübadilə və müzakirəsi aparılacaq, mövcud problemlərə diqqət çəkmək və gələcəkdə oxşar hadisələrin qarşısının alınması üçün priventiv faliyyətlər həyata keçiriləcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-12-2023, 13:04