mobil versiya

Adında torpaq payı olan işsizlərə sığorta pulu veriləcək


Torpaq payı olan vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qanuna işsizlikdən sığorta ödənişinin ödənilməsi üçün əsas olan əmək müqaviləsinə xitam verilməsinin əsasları əlavə edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 8-12-2023, 14:02