mobil versiya

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək



Hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.
Bu barədə YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məlumat verib.
O bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir.
Tahir Budaqov qeyd edib ki, yaxın günlərdə YAP İdarə Heyətinin iclası olacaq, vaxtı açıqlanacaq.
Tahir Budaqov vurğulayıb ki, prezidentliyə namizəd YAP İdarə Heyətinin iclasında irəli sürüləcək. O qeyd edib ki, sonuncu qurultayda İdarə heyətinə belə bir səlahiyyət verilib. (APA)

KARUSEL / SİYASƏT
Tarix: 12-12-2023, 10:46