mobil versiya

"Hindistan beynəlxalq aktor olaraq Ermənistana silah satışına sadəcə kommersiya kimi baxa bilməz" -XİN başçısı


Hindistan beynəlxalq aktor olaraq Ermənistana silah satışına sadəcə kommersiya kimi baxa bilməz.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
O, Azərbaycanın Hindistanla Ermənistan arasında silah alqı-satqısı ilə bağlı müqavilə imzalamasından xəbərdar olduğunu bildirib: "Bunlar çox diqqətlə izlənilir. Bizim Hindistandan olan tərəf müqabillərimizlə münasibətlərimiz var".
Nazir vurğulayıb ki, Hindistan Ermənistana silah satışını Azərbaycan və Türkiyə ilə bağlı mövqeyi ilə heç vaxt uzlaşdırmayıb: “Onlar qeyd ediblər ki, bu addım kommersiya məqsədi daşıyır və Azərbaycana qarşı yönəlməyib. Rəsmi mövqe budur. Ancaq bizim çatdırmaq istədiyimiz mesajlar da sadə və məntiqlidir. Siz məsuliyyətli dövlət, beynəlxalq aktor olaraq, silah satışına sırf kommersiya məqsədi kimi baxa bilməzsiniz. Çünki bölgədə işğal faktoru olub və hazırda sülhün əldə edilməsi üçün kövrək məqam yaranıb. Bunun fonunda belə bir adıdmın atılması Ermənistanda yeni reallıqları qəbul etməyən revanşistləri daha da ruhlandırır”.(report)

KARUSEL / GÜNDƏM
Tarix: 28-12-2023, 16:15