mobil versiya

“Adore Kompani” MMC “Sabina” və “Adore” ticarət nişanı altında öz fəaliyyətini davam etdirir





“Sabina” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin bağlanması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə “Adore Kompani” MMC-nin baş direktoru Nərmin İsmayılova bildirib.
O deyib ki, “Adore Kompani” MMC “Sabina” və “Adore” ticarət nişanı altında öz fəaliyyətini davam etməkdədir.
“Mətbuatda və sosial şəbəkələrdə “Sabina P və C MMC”nin ləğvi ilə əlaqədar yayılan xəbərlərə münasibətdə bildiririk ki, 2019-cu ildə “Adore Kompani” MMC tərəfindən “Sabina P və C” MMC-nin inventarını təşkil edən maddi və qeyri-maddi əmlak hüquqları “Adore Kompani” MMC tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilib.
“Sabina P və C” MMC müstəqil hüquqi şəxs olmaqla, “Adore Kompani” MMC ilə heç bir hüquqi bağlantıya malik deyil”, - deyə N.İsmayılova əlavə edib.(azərtac)
KARUSEL / CƏMİYYƏT
Tarix: 9-01-2024, 19:07