mobil versiya

Pakistan yük maşını sürücülərinə Əfqanıstan sərhədini keçmək üçün etibarlı viza, pasport şərti qoyub



Torxamdakı Pakıstan-Əfqanıstan sərhədi iki gündür bağlı qalıb və bu, hər iki ölkənin tacirlərinə milyonlarla rupi məbləğində itkilərə səbəb olub.
The News International xəbər verir ki, bu barədə gömrük rəsmiləşdirmə agenti Qari Nazim Gül Şinvari deyib ki, Torxam sərhədinin bağlanması ilə əlaqədar Kürram qəbilə bölgəsindəki Xarlaçi sərhədinə balıq yüklü təxminən 14 yük maşını göndərilib. Yük maşınları Xarlaçi sərhəd məntəqəsinə çatanda onların Əfqanıstana buraxılmasına icazə verilməyib.
Hər yük maşını Torxamdan Xarlaçiyə qədər dizelə minlərlə rupi xərcləyib.
O, yük maşınlarının sərhədi keçməsinə icazə verilməsə, təxminən 40 milyon rupi dəyərində olan balıqların çürüyəcəyini deyib.
Ötən gün gömrük rəsmiləri itkilərin qarşısını almaq üçün təzə meyvə və tərəvəz yüklənmiş yük maşınlarından Pişəvərə qayıtmağı xahiş edib.
Qarı Nazim Gül sərhədin bağlanması səbəbindən ticarətçilərin və yük maşınlarının böyük itkilərlə üzləşdiyini bildirib. O, Pakistan və Əfqanıstan hökumətlərini sərhəd problemini danışıqlar yolu ilə həll etməyə çağırıb.
Pakistan yük maşını sürücüləri və onların köməkçiləri üçün sərhədi keçmək üçün etibarlı viza və pasport şərti qoyub.

KARUSEL / DÜNYA
Tarix: 15-01-2024, 14:02