mobil versiya

Müşahidəçilərin hüquq və vəzifələri haznsılardı?- QAYDALAR




Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 7-nə təyin olunmuş Prezident seçkiləri ilə əlaqədar hazırladığı yaddaş kitabçasında seçkiləri müşahidə edəcək şəxslərin hüquq və vəzifələri izah edilib.
Seçki-2024.az xəbər verir ki, kitabça yerli və beynəlxalq (xarici) müşahidəçilərin istifadəsi üçün nəzərdə tutulur:
Müşahidə aparılmasının prinsipləri
Müşahidəçilər seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeyi naminə təsir göstərməməlidir.
Prinsiplərə əsasən, müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır.
Müşahidə açıq aparılmalı və onun yekunları faktlara əsaslanmalıdır.
Müşahidəçilər hansı şərtlərə riayət etməlidir?
Müşahidəçilər qarşısında qoyulan şərtlər də mövcuddur.
Ümumi şəkildə demək olar ki, müşahidəçilərdən qanunlara əməl etmək, bütün namizədlərə, vətəndaşların seçki hüququna hörmətlə yanaşılması tələb olunur.
Müşahidəçilər mətbuat azadlığına hörmət bəsləməli və öz peşə fəaliyyəti ilə məşğul olan media subyektlərinin işinə maneə olmamalıdır.
Bundan savayı, müşahidəçilər namizədlərin, siyasi partiyaların və siyasi partiya bloklarının seçki kampaniyalarına müdaxilə etməməli və onu pozmamalıdır.
Seçkilərin qanuni təsdiqlənmiş nəticələrinə hörmət etməli, şikayətləri müvafiq orqana təqdim etməli və bu şikayətlə bağlı qərarlara riayət etməlidir.
Müşahidəçilərin qanunvericiliklə onların qarşısında qoyulmuş şərtlərə riayət etməməsi Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyətlərə səbəb olur.
Müşahidəçilərə hüquqlar da tanınır. Belə ki, müşahidəçilər:
– Seçki günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq,
– Seçki günü seçki komissiyasının iclaslarını müşahidə etmək,
– Seçici siyahıları ilə tanış olmaq,
– Seçki məntəqəsi açılmazdan əvvəl məntəqə seçki komissiyasının icra etməli olduğu hərəkətləri müşahidə etmək,
– Qeydə alınmış namizədlərlə və onların nümayəndələri ilə görüşmək,
– Səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə və ya onu əvəz edən şəxsə müraciət etmək.
– Seçicilərin barmaqlarına gözə görünməyən mürəkkəbin çilənməsini, seçki bülletenlərinin verilməsini müşahidə etmək və sair bu kimi hüquqlara malikdirlər.
Müşahidəçilərin hüquq və vəzifələri ilə daha ətraflı MSK-nın saytında tanış olmaq mümkündür.

KARUSEL / GÜNDƏM
Tarix: 19-01-2024, 11:31