İran prezidenti Türkiyəyə gedib
İran prezidenti İbrahim Rəisi bu gün Türkiyəyə səfər edib.
İran prezidentinin Türkiyəyə səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti əsasında baş tutur.
Türkiyə istiqamətində Tehranı tərk etməzdən öncə açıqlama verən İran prezidenti İbrahim Rəisi bildirib ki, səfər çərçivəsində bir sıra önəmli məsələlər, o cümlədən, ikitərəfli iqtisadi münasibətlər haqda müzakirələr aparılacaq və önəmli sənədlər imzalanacaq. Bu da iki ölkə arasında iqtisadi və ticarət münasibətlərinin inkişaf etdirilməsi üzrə iki ölkənin iradə nümayiş etdirdiyini göstərir.
KARUSEL / DÜNYA
Tarix: 24-01-2024, 13:00