Əhali köhnə dollarları banklardan almır
“Hal-hazırda dövriyyədə olan dollarların köhnəsi və təzəsi yoxdur”.
Bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
“Köhnə, təzə dollar bizim bazarımızda dolların kağızının rənginə və istehsal ilinə görə təsnifləşdirilir. Halbuki, istehsalı 2006-ci ilədək olan dollarlar və 2006-ci ildən sonra olan dollarlar rahat dövriyyə olunurlar və onların qəbulunda heç bir problem yoxdu. Kimsə bu məsələni qaldırıb deyə, ona görə əhali banklardan bu dollarları almır. Əhali bu dollarları almadığına görə, həmin pullar bankda qalır. Banklarda bu pulları xaricə göndərir və xaricdən yenidən pullar sifariş edir. Bu prosesdə banklar müəyyən komissiya ödəyirlər”, – deyə Taleh Kazımov əlavə edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-01-2024, 14:33