Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub
Fevralın 6-da Mədəniyyət Nazirliyində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə tanınmış memar bu ordenə layiq görülüb.
Nazirlikdən bildirilib ki, nazir Adil Kərimli Elbay Qasımzadəyə yüksək dövlət təltifi münasibətilə təbriklərini çatdırıb. Qeyd olunub ki, Azərbaycanda memarlıq sahəsinin inkişafında onun mühüm xidmətləri var. Uzun illər paytaxtımızın baş memarı olmuş Elbay Qasımzadənin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O bundan əvvəl “Şöhrət” və “Şərəf” ordenləri təltif edilib.
Elbay Qasımzadə fəaliyyətinə verilən böyük dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda nazir dövlət təltifini memara təqdim edib, xatirə şəkli çəkdirilib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-02-2024, 17:06