mobil versiya

Qubadlıda silah-sursat aşkarlanıb


Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı rayonun Qayalı kəndi ərazisində 1 qumbaraatan, 44 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


KARUSEL / CƏMİYYƏT
Tarix: 13-02-2024, 09:07