Ötən ay pərakəndə ticarət şəbəkəsində 4,5 milyard manatlıq məhsul satılıb
2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 5,0 faiz artıb.
Bu ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 3,5 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.
2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,6 faiz, fərdi sahibkarlar üzrə 4,2 faiz, bazar və yarmarkalarda 2,7 faiz artıb. Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 441,3 manatlıq, o cümlədən 242,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,0 manatlıq qeyri-ərzaq malları alıb.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 14-02-2024, 15:39