mobil versiya

Komitə sədri məktəblinin təhqir edilməsinə münasibət bildirib




Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndirməni artırır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu barədə jurnalistlərin suallarını cavablandırarkən  deyib.

"Biz daima maarifləndirməni artırırıq. Bilirsiniz, bu istiqamətdə tək komitə tərəfindən deyil, əlaqələndirilmiş tədbirlər görülür. Bütün dövlət orqanları öz səlahiyyətlərinə uyğun olaraq fəaliyyət göstərir və biz əlaqələndirilmiş tədbirlər görürük. Lakin bu cür hadisələrdən heç kəs sığortalanmayıb və görürsünüz ki, nə qədər işlər görülsə də, bu cür hallar yenə də baş verir. Bu, heç bir işin görülmədiyi anlama gəlmir. Bilirsiniz ki, nə qədər bəşəriyyət və cəmiyyət var, bir o qədər də cinayətlər törədilir. Əslində ən böyük cinayət insana qarşı olandır. Bu səbəbdən düşünürəm ki, onların sayını azaltmaq, müəyyən dərəcədə qarşısını almaq, insanları daha çox maarifləndirmək, onlara daha çox məsuliyyət yükləmək olar", - o deyib.

Qeyd edək ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlərin görüntüləri yayılıb.

DİN-in yaydığı məlumata görə, qıza qarşı uyğunsuz hərəkət edən şagirdlə bağlı məsələ nəzarətə götürülüb. İş üzrə ekspertiza təyin olunub. Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıləb. İstintaq hərəkətləri davam etdirilir.


KARUSEL / CƏMİYYƏT
Tarix: 26-02-2024, 11:45