mobil versiya

Rotşildlər ailəsinin “baron”u vəfat edib – Yəhudi ənənələrinə uyğun şəkildə dəfl olunacaq



Rotşildlər ailəsinin lideri Lord Yakob Rotşild 87 yaşında vəfat edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rotşildlər ailəsi adından verilən açıqlamada bildirilib.

Həmçinin qeyd olunub ki, Yakob Rotşild yəhudi ənənələrinə uyğun şəkildə dəfn ediləcək.

Qeyd edək ki, Rotşildlər beynəlxalq mətbuatda dünyanı idarə edən ən güclü iki ailədən biri kimi təqdim olunurlar. Karyerasına 1963-cü ildə ailəyə məxsus “NM Rothschid and Sons” bankında başlayan Yakob Rotşild bir çox fond və qalereyaları da idarə edib. Rotşildlər ailəsi 19-cu əsrin antisemit karikaturalarından tutmuş koronavirus epidemiyasına qədər bir çox sui-qəsd nəzəriyyələrinin önündə gəlirdi. Dünya sərvətinin az qala yarısına sahib olduğu iddia edilən ailənin nəslinin yəhudi inancına malik Xəzər türklərinə aid olduğu deyilsə də, bununla bağlı rəsmi bir sübut yoxdur.

Yakob Rotşildın ölümündən sonra ailədaxili davanın qızışacağı proqnozlaşdırılır.
KARUSEL / DÜNYA
Tarix: 26-02-2024, 16:29