Mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
KARUSEL / CƏMİYYƏT
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
S/n | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri | Qəbulun keçirildiyi şəhər, rayon | Əhatə olunan şəhər və rayonlar | Qəbulun keçirildiyi gün |
1. | Baş prokuror Kamran Əliyev | Cəlilabad | Cəlilabad, Masallı, Yardımlı | 05 |
2. | Mədəniyyət naziri Adil Kərimli | Zaqatala | Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, Qəbələ | 06 |
3. | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev | Astara | Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı | 06 |
4. | Kənd təsərrüfatı naziri Məcnun Məmmədov | Saatlı | Saatlı, Sabirabad | 07 |
5. | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | Sumqayıt | Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Zəngilan | 07 |
6. | Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev | Siyəzən | Siyəzən, Xızı | 09 |
7. | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev | Ağstafa | Ağstafa, Qazax, Tovuz | 11 |
8. | Gənclər və idman naziri Fərid Qayıbov | Sumqayıt | Sumqayıt, Qubadlı | 13 |
9. | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova | Goranboy | Goranboy, Naftalan, Xocalı | 13 |
10. | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | Şəmkir | Şəmkir, Gəncə, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Samux, Göygöl | 14 |
11. | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı | Gəncə | Gəncə, Naftalan, Daşkəsən, Göygöl, Samux, Goranboy, Xocalı, Kəlbəcər | 14 |
12. | Elm və təhsil naziri Emin Əmrullayev | Abşeron | Abşeron, Sumqayıt, Xızı, Qubadlı | 15 |
13. | Fövqəladə hallar naziri Kəmaləddin Heydərov | Ağdam (Quzanlı qəsəbəsi) | Ağdam, Ağcabədi, Laçın | 15 |
14. | İqtisadiyyat naziri Mikayıl Cabbarov | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 15 |
15. | Ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən Azər Cəfərov | Saatlı | Saatlı, Sabirabad, İmişli | 15 |
16. | Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov | Zərdab | Zərdab, Ucar, Ağdaş, Kürdəmir | 15 |
17. | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov | Quba | Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən | 15 |
18. | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov | Naftalan | Naftalan, Goranboy, Xocalı | 15 |
19. | “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov | Kürdəmir | Kürdəmir, Ucar | 15 |
20. | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | Siyəzən | Siyəzən, Şabran, Xaçmaz | 18 |
21. | Daxili işlər naziri Vilayət Eyvazov | Şamaxı | Şamaxı, Qobustan, Ağsu, Göyçay, İsmayıllı | 28 |
22. | Energetika naziri Pərviz Şahbazov | Qazax | Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy | 29 |
23. | Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev | Neftçala | Neftçala, Salyan | 29 |
24. | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov | Gəncə | Gəncə, Samux, Kəlbəcər | 29 |
25. | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev | Kürdəmir | Kürdəmir, Zərdab | 29 |
26. | “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev | Ucar | Ucar, Zərdab, Kürdəmir, Göyçay | 29 |
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-02-2024, 10:58