mobil versiya

İsrailin Bakıdakı səfirliyi DİN və digər hüquq-mühafizə orqanları ilə birgə öz binasında təlim keçirib



Fevralın 18-də İsrailin Bakıdakı səfirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə öz binasında təlim keçirib. 
Bu barədə Səfirliyin Facebook səhifəsində məlumat verilib. Təlim ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığımızı möhkəmləndirməyə və genişləndirməyə yönəlmiş davamlı əməkdaşlığın bir hissəsidir.
İsrail Dövlətinin səfiri Corc Dik bunları qeyd edib: “Biz səfirliyin və diplomatik heyətin təhlükəsizliyini təmin etdiklərinə görə Azərbaycan Respublikasının hüquq-mühafizə və təhlükəsizlik orqanlarına minnətdarıq. Bu birgə təlim çox uğurlu keçdi və ölkələrimizin möhkəm təhlükəsizlik əməkdaşlığına mühüm əlavə idi.

Azərbaycan dövlətinin, bütün diplomatik nümayəndəliklərin, o cümlədən İsrail səfirliyinin təhlükəsizliyinə sadiqliyi göz qabağındadır və sarsılmazdır.
Biz ikitərəfli əməkdaşlığımızı gücləndirməyə davam etməyi səbirsizliklə gözləyirik”.


KARUSEL / ÖLKƏ
Tarix: 28-02-2024, 10:21