3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi təklif edilir.
Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Həmçinin müvafiq yaşda olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 3 yaşınadək uşağa qulluğa görə müavinətin və 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətin məbləğinin artırılması, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin məbləğinin artırılması təklif edilir.