mobil versiya

Paşinyan Misir prezidenti ilə görüşüb


Ermənistan baş naziri Nikol Paşinyan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Erməni KİV xəbər verir ki, Qahirədə keçirilən danışıqlardan sonra Əbdülfəttah əs-Sisi Cənubi Qafqazda hərtərəfli və ədalətli sülhün əldə olunmasına ümid etdiyini, sülh prosesini dəstəklədiyini bildirib.
Bundan başqa, tərəflər siyasi əlaqələrin yüksək səviyyəsinə uyğun olaraq ticarət həcmini artırmağa, o cümlədən süni intellekt, qida və əczaçılıq sənayesi sahəsində tədqiqatlar da daxil olmaqla, yeni əməkdaşlıq sahələri açmağa hazır olduqlarını bəyan ediblər.
KARUSEL / DÜNYA
Tarix: 5-03-2024, 19:10