İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb
Martın 6-da saat 06:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 11 kiloqram 250 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
KARUSEL / ÖLKƏ
Tarix: 7-03-2024, 16:53