mobil versiya

Bu rayonlara yeni polis rəisləri təyinatı


Beyləqan və Yevlaxa yeni polis rəisləri təyin edilib.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov vəzifədən azad edilib. O, Yevlax Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov isə Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.
Bundan başqa, polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə Şöbəsinin rəisi vəzifəsinə gətirilib. 


KARUSEL / CƏMİYYƏT
Tarix: 13-03-2024, 12:59