mobil versiya

QMİ-dən Həcc ziyarətinə getmək istəyənlərə çağırış



“Bu il Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna dəyişiklik edilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayının sonuna kimi Həcc ziyarəti ilə bağlı prosedurları bitirməyi tələb edir”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, Ramazan ayının sonuna kimi Həclə bağlı sistemin bağlanmağı gözlənilir:
“Vətəndaşlarımız bilməlidir ki, bu il çox fərqlidir, əvvəlki illər kimi deyil, Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən bütün prosedurları erkən bitirmək tələb olunur. Yəni Ramazan ayının sonuna kimi qeydiyyatdan keçməyənlər Həcc ziyarətinə getməyə bilərlər. Ona görə xahiş edirik ki, ziyarətə getmək istəyənlər Ramazan ayının sonuna kimi qeydiyyatdan keçsinlər. Artıq xeyli vətəndaş ziyarətə getmək üçün qeydiyyata alınıb və hazırda yerlər məhduddur”.(apa)


KARUSEL / CƏMİYYƏT
Tarix: 14-03-2024, 16:49