mobil versiya

Heydər Əliyev Mərkəzində “Hava fontanı - kəlağayıların rəqsi” - Video



Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasına yeni əsər əlavə olunub. Bu amerikalı rəssam Daniel Vurtzelin (Daniel Wurtzel) “Hava fontanı - kəlağayıların rəqsi” (“Air fountain - dance of kalagayis”) əsəridir.
Daniel Vurtzel hava və yüngül materiallardan istifadə edərək kinetik heykəlləri və instalyasiyaları ilə məşhur olan rəssamdır.
O, havanın rəqsini təqdim etməyi bacarıb. Müəllif hərəkətdə olan əsərlərini – kinetik heykəlləri yaradarkən işıq, rəng, forma və materialla oynayır. Unikal əsərləri canlandıran isə hava axınıdır.
Daniel Vurtzelin Heydər Əliyev Mərkəzi üçün hazırladığı “Hava fontanı - kəlağayıların rəqsi” instalyasiyası da hava burulğanı və parçadan istifadə edilməklə ərsəyə gəlib. Əsərdə Azərbaycan bayrağının rənglərindən və kəlağayı ornamentlərindən istifadə olunması rəqsi daha da cəlbedici edir.




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 19-03-2024, 12:36